2009-2011 təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

2009-2011 təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
8 Aprel 2019 г.
5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2009-2011 təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.4-7 aprel tarixlərində keçirilən yarışda 18 oğlan və 12 qız yarışıb.Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.Şəxsi oğlanlar: 1.Murad İbrahimli, 2.Əmirxan İmanov, 3.Anar Hüseynov. Şəxsi qızlar: 1.Əminə İsmayılova, 2.Zəhra Rüstəmova, 3.Nəzrin Ağamuradova. Qoşa oğlanlar: 1.Murad İbrahimli – Əmirxan İmanov, 2.Əli Gözəlov – Sübhan Həsənəliyev, 3.Anar Hüseynov – Vüsal Məmmədli. Qoşa qızlar: 1.Zəhra Rüstəmova – Əminə İsmayılova, 2.Aliyə Bağırova – Nəzrin Ağamuradova, 3.Nəzrin Mehrəlizadə - Qətibə Zeynalova. Qarışıq-qoşa: 1.Murad İbrahimlli – Əminə İsmayılova, 2.Əmirxan İmanov – Zəhra Rüstəmova, 3.Əli Gözəlov – Nəzrin Ağamuradova.Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.
Xəbərlər siyahısına qayıt