2007-2008 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub

2007-2008 təvəllüdlü badmintonçular arasında  Bakı şəhər birinciliyinə yekun vurulub
10 Fevral 2019 г.
Bu gün 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2007-2008 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Fevralın 7-də start götürən yarışda 34 qız və 40 oğlan yarışıb.Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.Şəxsi oğlanlar: 1.Məhəmmədəli Bayramov, 2.Sərxan Bağırov, 3.Murad İbrahimli. Şəxsi qızlar: 1.Fatimə Əşrəfova, 2.Aysu Ələkbərova, 3.Həcər Nuriyeva. Qoşa oğlanlar: 1.Sərxan Bağırov - Məhəmmədəli Bayramov, 2.Bağır İsmayılov - Rəşad Allahverdiyev, 3.Murad İbrahimli - Məhəmməd Yolçiyev. Qoşa qızlar: 1.Fatimə Əşrəfova - Aysu Ələkbərova, 2.Nigar Səmədova - Əminə İsmayılova, 3.Həcər Nuriyeva - İntizar Mustafayeva. Qarışıq - qoşa: 1.Həcər Nuriyeva - Sərxan Bağırov, 2.Fatimə Əşrəfova - Bağır İsmayılov, 3.Nigar Səmədova - Məhəmmədəli Bayramov. Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.
Xəbərlər siyahısına qayıt