2004-2005 təvəllüdlü uşaqlar arasında Respublika birinciliyi yarışı keçirilib

2004-2005 təvəllüdlü uşaqlar arasında Respublika birinciliyi yarışı keçirilib
2 May 2018 г.
Mayın 1-də 5 nömrəli Bakı Peşə Liseyində 2004-2005 təvəllüdlü uşaqlar arasında Respublika birinciliyi yarışı keçirilib. 25 oğlan və 20 qız iştirakçının qatıldığl turnirdə qaliblər 5 kateqoriya üzrə müəyyənləşib. Oğlanların şəxsi yarışında Rəvan Niftalıyev birinci, Aqil Qəbilov ikinci, Rəvan Rüstəmov isə üçüncü olub. Qızların şəxsi yarışında Nigar Əliyeva yarışın qalibi adını qazanıb. Nərmin Şərifova ikinci, Fidan Salmanova isə yarışı üçüncü pillədə başa vurub. Oğlanların qoşa yarışında Rəvan Niftalıyev - Aqil Qəbilov tandemi rəqiblərindən güclü olub. Rəvan Rüstəmov - Zəka Həsənov cütü ikinci, Tuncay İsmayılov - İlfat Akçurin cütü isə üçüncü olub. Qızların qoşa yarışında Nigar Əliyeva - Nərmin Şərifova bu kateqoriya üzrə ən güclü adını qazanıb. Aysu Ələkbərova - Fatimə Əşrəfova ikinci, Vüsalə Məmmədli - Fidan Salmanova cütü isə yarışı üçüncü yerdə başa vurub. Qarışıq növdə Rəvan Niftalıyev və Nigar Əliyeva qalib gəlib. Aqil Qəbilov - Fidan Salmanova ikinci, Rəvan Rüstəmov - Nərmin Şərifova tandemi isə üçüncü olub. Qaliblər Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar. Mükafatçılara hədiyyə olaraq raketka verilib.
Xəbərlər siyahısına qayıt