2002-2004 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub

2002-2004 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub
11 Mart 2019 г.
5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2002-2004 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub.Martın 7-də start götürən yarışda 27 oğlan və 16 qız iştirak edib. Turnirin final görüşləri martın 10-da keçirilib. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.Şəxsi oğlanlar: 1.Aqil Qəbilov, 2.Vaqif İsmayılov, 3.Rəvan Niftəliyev. Şəxsi qızlar: 1.Nigar Əliyeva, 2.Elnurə Cəfərova, 3.Xavər Bayramova. Qoşa oğlanlar: 1.Rəvan Niftəliyev - Aqil Qəbilov, 2.Adəm Əliyev - Vaqif İsmayılov, 3.Cavanşir Kişiyev- İsazadə Zaur. Qoşa qızlar: 1.Nİgar Əliyeva - Elnurə Cəfərova, 2.Həcər Nuriyeva - Fatimə Əşrəfova, 3.Xavər Bayramova - Fidan Salmanova. Qarışıq - qoşa: 1.Elnurə Cəfərova - Aqil Qəbilov, 2.Nigar Əliyeva - Rəvan Niftəliyev, 3.Nərmin Şərifova - Zaur İsazadə.Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.
Xəbərlər siyahısına qayıt