2002-2003 təvəllüdlü idmançılar arasında Azərbaycan birinciliyi keçirilib

2002-2003 təvəllüdlü idmançılar arasında Azərbaycan birinciliyi keçirilib
27 May 2018 г.
23-26 may tarixlərində 12 nömrəli tam orta məktəbdə 2002-2003 təvəllüdlü oğlan və qızlar arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib. Ümumilikdə 40 iştirakçının qatıldığı yarışda qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.Şəxsi qızlar:1-ci yer. Nigar Əliyeva, 2-ci yer. Elnurə Cəfərova, 3-cü yer. Nazənin Avesta. Şəxsi oğlanlar: 1-ci yer. Zaur İsazadə, 2-ci yer. Rəvan Niftəliyev, 3-cü yer. Aqil Qəbilov. Qoşa qızlar: 1-ci yer. Nigar Əliyeva - Nərmin Şərifova, 2-ci yer. Elnurə Cəfərova - Nazənin Avesta, 3-cü yer. Ləman Salayeva - Xavər Bayramova. Qoşa oğlanlar: 1-ci yer. Rəvan Niftəliyev - Aqil Qəbilov, 2-ci yer. Adəm Əliyev - Zaur İsazadə, 3-cü yer. Vaqif İsmayılov - Cavanşir Kişiyev. Qarışıq cütlər: 1-ci yer. Rəvan Niftəliyev- Nigar Əliyeva, 2-ci yer. Aqil Qəbilov - Elnurə Cəfərova, 3-cü yer. Vaqif İsmayılov - Nazənin Avesta. Qaliblər diplom və medallarla təltif olunublar. Bundan əlavə mükafatçılara Azərbaycan Badminton Federasiyası tərəfindən hədiyyə kuponları təqdim edilib.
Xəbərlər siyahısına qayıt